12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Paşinyan yenidən Baş nazir postuna namizəd olacaq
Tarix: 22-03-2021 18:55 | Bölmə: Dünya

                   Paşinyan yenidən Baş nazir postuna namizəd olacaq


Ermənistanda hakim partiyanın erkən seçkilərdə Baş nazir postuna namizədi Nikol Paşinyan olacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Rüstəm Badasyan parlamentdə jurnalistlərə açıqlamasında bildirib.
“Düşünürəm ki, sualın cavabı aydındır. Heç bir müzakirəyə qatılmadım və idarə heyətinin üzvü deyiləm, amma cavab aydındır”,- deyə o qeyd edib.
Onun sözlərinə görə, hər şey vətəndaşların seçimindən asılı olacaq, belə ki, hakimiyyət onlara bu fürsəti tanımalıdır.
Xatırladaq ki, Ermənistanın parlament qüvvələrinin və siyasi partiyalarının konsensusundan sonra ölkədə iyunun 20-də növbədənkənar parlament seçkiləri keçiriləcək.



Baxış sayı: 479


Bölməyə aid digər xəbərlər