12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Lavrovun maskasındakı yazı marağa səbəb oldu - Foto
Tarix: 22-03-2021 18:37 | Bölmə: Dünya

                      Lavrovun maskasındakı yazı marağa səbəb oldu


Çində rəsmi səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrovun “FCKNG QRNTN” (Lənətə gəlmiş karantin) yazılı maska taxması diqqət çəkib.
“Qafqazinfo” xəbər verir ki, Lavrov sözügedən maskanı taxaraq fotoşəkil və video da çəkdirib. Kadrlar xarici işlər nazirinin Çinə səfəri zamanı Quylin əyalətini ziyarət edərkən çəkilib.
Maskanın Lavrova jurnalistlər tərəfindən hədiyyə olunduğu bildirilib.
“Jurnalistlər Lavrova maska hədiyyə etdilər. Həm maska, həm də yazı nazirə uyğundur”,- deyə Rusiya XİN-in rəsmi tiktok səhifəsindəki paylaşımda qeyd olunub.
Qeyd edək ki, bu gün Lavrov həmkarı Vang Yi ilə görüşüb. Sabah danışıqlar davam edəcək və daha sonra rus nazir Cənubi Koreyaya yola düşəcək.





Baxış sayı: 439


Bölməyə aid digər xəbərlər