12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Suriyada ələ keçirilən PKK komandiri Türkiyəyə gətirildi
Tarix: 16-03-2021 01:05 | Bölmə: Dünya

                    Suriyada ələ keçirilən PKK komandiri Türkiyəyə gətirildi


PKK/KCK-nın Suriya qolu PYD/YPG-nin komandirlərindən olan terrorçu İbrahim Babat Suriyada yaxalanaraq Türkiyəyə gətirilib.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, onun ələ keçirilməsi əməliyyatını Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) icra edib.
“Şeh Guyi” ləqəbli terrorçunun tutulması ilə Türkiyə Silahlı Qüvvələrinə aid Suriya-Türkiyə sərhədindəki bazalara yönəlmiş hücum planlarının da üstü açılıb.
MİT “Sülh çeşməsi” hərəkatı bölgəsində istifadə olunmaq üçün hazırlanmış çox sayda əldəqayırma partlayıcı, mina və başqa silah-sursatları ələ keçirib.
Qeyd edək ki, İ.Babat terror qruplaşmasına 2011-ci ildə qatılıb. 2017-ci ildə Suriyaya keçərək orada qruplaşmanın “briqada komandiri” kimi fəaliyyət göstərməyə başlayıb.



Baxış sayı: 388


Bölməyə aid digər xəbərlər