12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Ermənistanda Rusiya hərbçisinə və həyat yoldaşına hücum edildi
Tarix: 14-03-2021 13:44 | Bölmə: Dünya

                    Ermənistanda Rusiya hərbçisinə və həyat yoldaşına hücum edildi



Ermənistanın Gümrü şəhərində naməlum maskalı şəxs Rusiyanın 102 saylı hərbi bazasının hərbi qulluqçusuna və onun həyat yoldaşına hücum edib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Shamsyan.com saytı məlumat yayıb.
Bildirilib ki, hadisə martın 10-da soyğunçuluq məqsədilə törədilib. Belə ki, axşam saatlarında Gümrünün Ani məhəlləsində 3-cü küçədə elektrik enerjisinin verilişi dayandırılıb.
Məhəllənin 40 yaşlı sakini Roman Romanov elektrik enerjisinin verilişinin nə vaxt bərpa olunacağını öyrənmək üçün həyətə çıxıb. Bu zaman maskalı şəxs ona hücum edib.
Səsə görə çölə çıxan ev sahibinin xanımı Siruş V. ərinin hücuma məruz qaldığını görüb, qışqıraraq qonşuları köməyə çağırıb. O, maskalı şəxsi polis çağırmaqla hədələyib.
Həmin şəxs Siruşa da bıçaqla hücum edib. Hər iki şəxs xəsarət alıb.
Daha sonra məlum olub ki, Roman Romanov R.Romanov Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasında xidmət edir.
Faktla bağlı Ermənistanın İstintaq Komitəsinin Şirak əyaləti üzrə İstintaq İdarəsində hücum cəhdi faktı üzrə cinayət işi qaldırılıb. Hazırda cinayətkar axtarılır.



Baxış sayı: 367


Bölməyə aid digər xəbərlər