12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Ərdoğan əsas hədəflərini AÇIQLADI
Tarix: 13-03-2021 01:08 | Bölmə: Dünya
                

Türkiyənin yeni islahatlar paketi şəffaflıq və maliyyə intizamı kimi iki vacib sütundan ibarət olacaq.
Hit.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin yeni iqtisadi islahatlar paketinin təqdimat mərasimində deyib.
O bildirib ki, islahatların sütununu makroiqtisadi və struktur islahatları təşkil edəcək:
"2009-cu il qlobal böhranı kimi 2013-cü ildən sonra meydana gələn bir çox siyasi və iqtisadi sarsıntıların öhdəsindən uğurla gəldik və ölkəmizi 2023-cü il hədəfləri istiqamətində gücləndirməyə davam etdirdik. Türkiyəni dünyanın ən böyük 10 iqtisadiyyatına malik ölkələrindən birinə çevirmək üçün gecə-gündüz çalışırıq. İşimizin əsas mahiyyəti ölkə iqtisadiyyatını sərmayə qoyuluşunu, ixracımızı artırmaqdır".
Ərdoğan ölkəsinin demokratik və iqtisadi inkişafın təməl şərtlərindən biri olan siyasi sabitliyə sahib olduğunu vurğulayıb, həmçinin Türkiyənin regional və qlobal böhrana baxmayaraq, gücünü qoruduğunu söyləyib:
“Bütün dünya ilə bərabər, ölkəmizi də öz təsiri altına alan pandemiya həm 18 il ərzində ölkəmizdə qurduğumuz güclü təməllər, həm də yeni idarəetmə sistemi üçün bir sınaq oldu. Türkiyə bütün fərqli ssenarilərə hazır olduğunu göstərdi. Pandemiyaya baxmayaraq, 2020-ci ildə ölkə iqtisadiyyatında 1,8 faiz artım oldu. G20 ölkələri arasında Çindən sonra iqtisadiyyatını böyütməyi bacaran ikinci ölkə olduq”.



Baxış sayı: 364


Bölməyə aid digər xəbərlər