Bütün xəbərlər
Rəsmi Moskvadan Azərbaycan Ordusunun təlimləri ilə bağlı - Açıqlama
Tarix: 12-03-2021 14:15 | Bölmə: Dünya

                  Rəsmi Moskvadan Azərbaycan Ordusunun təlimləri ilə bağlı


“Azərbaycan Silahlı Qüvvələrinin martın 15-dən 18-dək keçirəcəyi əməliyyat-taktiki təlimləri planlı xarakter daşıyır və bölgədəki sabitlik və təhlükəsizlik üçün risk daşımır”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə müvafiq sualı cavablandırarkən bildirib.
“Ümumiyyətlə, hərbi təlimlər Cənubi Qafqazın bütün dövlətləri tərəfindən aparılır, bu, müntəzəm olaraq həyata keçirilir, müvafiq məlumatlar maraqlı tərəflərə əvvəlcədən çatdırılır. Əldə etdiyimiz məlumatlara görə, adı çəkilən təlimlər, bildirdiyim kimi, qoşunların döyüş hazırlığını yaxşılaşdırmağa yönəlmiş planlı bir xarakter daşıyır və bölgədəki sabitlik və təhlükəsizlik üçün risk yaratmır”,- deyə Zaxarova qeyd edib.


Baxış sayı: 333


Bölməyə aid digər xəbərlər