12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Ermənistan Prezidenti Paşinyanın daha bir təklifini rədd etdi
Tarix: 11-03-2021 15:17 | Bölmə: Dünya

                 Ermənistan Prezidenti Paşinyanın daha bir təklifini rədd etdi


Ermənistan Prezidenti Armen Sarkisyan Artak Davtyanın Baş Qərargah rəisi təyin edilməsi ilə bağlı Baş nazir Nikol Paşinyanın təqdim etdiyi vəsatəti geri qaytarıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Sarkisyanın hökumətə etirazları bildirərək sənədi geri qaytardığı qeyd olunur.
Xatırladaq ki, martın 10-u Baş Qərargah rəisi Onik Gasparyanın vəzifə səlahiyyətlərinin qanuni olaraq bitməsindən sonra Nikol Paşinyan Artak Davtyanın Baş Qərargah rəisi təyin edilməsi üçün ölkə Prezidentinə vəsatət təqdim etmişdi.
Qeyd edək ki, A. Davtyan 2018-2020-ci illərdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi olub. Ötən ilin iyun ayında isə ölkədə tətbiq olunan karantin qaydalarına baxmayaraq oğluna toy keçirdiyi məlum olduqdan sonra istefa vermiş, onun yerinə Onik Qasparyan Baş Qərargah rəisi təyin edilmişdi.



Baxış sayı: 377


Bölməyə aid digər xəbərlər