Bütün xəbərlər
“Artıq bölgəmizin taleyinin dəyişməsi mümkündür” - Çavuşoğlu
Tarix: 10-03-2021 23:28 | Bölmə: Dünya

                  “Artıq bölgəmizin taleyinin dəyişməsi mümkündür”


“Ermənistan da daxil olmaqla bu arzunu bölüşən hər kəsə qapımız açıqdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Qırğızıstana səfəri çərçivəsində Qırğızıstan-Türkiyə Manas Universitetində çıxış edərkən deyib.
30 illik Qarabağ işğalını Türk dünyasının yaxından izlədiyi bir proses kimi xarakterizə edən Çavuşoğlu belə davam edib:
“Bu mübarizədə Azərbaycanı təkcə qardaşlıq əlaqələrimizə görə deyil, həm də haqlı və hüquqi olduğuna görə dəstəklədik. Başqa sözlə desək, Azərbaycan mənəvi və qanuni olaraq haqlı olduğu üçün dəstək verdik. Artıq bölgəmizin taleyinin dəyişməsi, Qafqazda qalıcı sülh və sabitliyin təmin olunması mümkündür. Ümid edirik ki, hər kəs bu fürsəti görür, bütün tərəflər bu həyəcanı bölüşür. Ermənistan da daxil olmaqla bu arzunu bölüşən hər kəsə qapımız açıqdır”.


Baxış sayı: 281


Bölməyə aid digər xəbərlər