Bütün xəbərlər
Türkiyə yeni uzaqmənzilli müdafiə sistemini sınaqdan keçirib
Tarix: 09-03-2021 14:00 | Bölmə: Dünya

Türkiyə yeni uzaqmənzilli müdafiə sistemini sınaqdan keçirib



Türkiyə uzaqmənzilli və yüksəklikdəki hədəfi məhv edən hava hücumundan müdafiə sistemini sınaqdan keçirib.
“Report” xəbər verir ki, bunu ölkənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir tvitterdə yazıb.
"HİSAR-A+ təhvil verildikdən sonra HİSAR-O+ orta yüksəklik hava hücumundan müdafiə sistemimiz ən son atışında bu günədək ölkəmizdə hazırlanan ən uzaq mənzil və ən yüksəkdəki hava hədəfini birbaşa vurub məhv edərək sınağını uğurla keçdi", - o deyib.
Komitə sədri layihə üzərində birgə işləyən ASELSAN və "Roketsan" şirkətlərinə təşəkkürünü bildirib.


Baxış sayı: 323


Bölməyə aid digər xəbərlər