12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Gürcüstanda səsyazısı qalmaqalı - Baş nazirin istefası tələb olunur
Tarix: 07-03-2021 22:30 | Bölmə: Dünya

                   Gürcüstanda səsyazısı qalmaqalı


Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində mülki fəallar və müxalifət nümayəndələri ölkənin Baş naziri İrakli Qaribaşvilinin istefası tələbi ilə etiraz aksiyası keçirib.
Bu barədə “Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir.
Aksiyaya müxalif “Pirveli” telekanalının efirində səsləndirilən audioyazı səbəb olub.
Sözügedən audioyazıda guya Bera İvanişvili (hakim “Gürcü arzusu” partiyasının yaradıcısı Bidzina İvanişvlinin oğlu-red.) və İrakli Qaribaşvili birincisini sosial şəbəkələrdə təhqir edən insanların cəzalandırılmasını müzakirə edirlər. Reportaj KİV və Gürcüstanın siyasi dairələrində ajiotaja səbəb olub.
Hakim “Gürcü arzusu”nda audioyazıda İvanişvili və Qaribaşvilinin səslərinin eşidilməsini inkar etmirlər, lakin vurğulayırlar ki, süjet ayrı-ayrı kəlmələrdən yığılıb.  
Müxalif partiyalar fərdi məlumatların qanunsuz yayılmasını qınayıblar. Onlar istintaqa başlamağa və ən azı proses bitənədək Baş nazir İrakli Qaribaşvilini vəzifədən azad etməyə çağırıblar.



Baxış sayı: 467


Bölməyə aid digər xəbərlər