12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
İrəvanda VƏZİYYƏT AĞIRLAŞDI: Etirazçılar hökumət binasına soxuldular
Tarix: 01-03-2021 15:39 | Bölmə: Dünya


Ermənistanın baş naziri Nikol Paşinyanın əleyhdarları İrəvanda hökumət binasına soxulublar.
Məlumatı “RİA Novosti” yayıb.
Həmin binada bir neçə nazirliyin ofisi yerləşir.
Bu arada Ermənistanın baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi haqqında təklifini prezident Armen Sarkisyana üçüncü dəfə göndərib.

Məlumatı “Sputnik Armeniya” yayıb.

Armen Sarkisyan bununla əlaqədar açıqlama yayıb: “Baş nazirin sərəncam layihəsini geri qaytarması yolverilməz spekulyasiya və qeyri-adekvat reaksiyadır”.

Hakim “Mənim addımım” parlament fraksiyasının üzvü Vaan Ovakimyan prezidentə impiçment göstərilməsinin mümkünlüyünü bildirib.



Baxış sayı: 357


Bölməyə aid digər xəbərlər