12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Paşinyan sərəncamını geri qaytaran Sarkisyanı tənqid etdi
Tarix: 28-02-2021 21:43 | Bölmə: Dünya

                    Paşinyan sərəncamını geri qaytaran Sarkisyanı tənqid etdi


Ermənistanın Baş naziri Nikol Paşinyan prezident Armen Sarkisyanın onun Baş Qərargah rəisi Onik Qasparyanın istefası ilə bağlı sərəncamını geri qaytarmasını tənqid edib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə o, “Facebook”da videomüraciəti zamanı deyib:
“Prezidentin qərarı anlaşılmazdır. Bu məsələni sabah mitinq zamanı da vətəndaşlarla danışacağam. Mən göstərəcəyəm ki, prezidentin qərarı əsassızdır, heç bir hüquqi əsası yoxdur. Bu faktın təsdiqindən sonra müəyyən nəticələr çıxarmaq olar”.
Paşinyan bildirib ki, sabah tərəfdarlarının mitinqində polislə toqquşmaların 10 nəfərin ölümünə səbəb olduğu 1 mart 2008-ci il hadisələrinə də toxunacaq.



Baxış sayı: 327


Bölməyə aid digər xəbərlər