12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Yuta ştatında Xocalı faciəsinə həsr olunan sərgi açılıb - Fotolar + Video
Tarix: 21-02-2021 14:09 | Bölmə: Dünya

                   Yuta ştatında Xocalı faciəsinə həsr olunan sərgi açılıb


Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi və Yuta-Azərbaycan İcmasının nümayəndəsi Faiq Səfərlinin təşkilatçılığı ilə Solt Leyk Siti (Salt Lake City) şəhərinin mərkəzində – Kapitol binası qarşısında Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar açıq havada sərgi keçirilib.
Bu barədə "Qafqazinfo"ya DİDK-dən bildirilib. 
Sərgidə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin sovet ordusunun 366-cı motoatıcı alayının vasitəsilə Azərbaycanın Xocalı şəhərini işğal edərkən dinc azərbaycanlıları kütləvi şəkildə qətlə yetirməsini əks etdirən məlumatlar və fotoşəkillər nümayiş etdirilib. Qəddarcasına həyata keçirilən hərbi cinayət zamanı 613 nəfər (106 qadın, 63 uşaq, 70 qoca) azərbaycanlının qətlə yetirildiyi, 487 nəfərin yaralandığı, 1275 nəfərin əsir götürüldüyü, onlardan 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyinin bu günədək məlum olmadığı nəzərə çatdırılıb.
Sərgi ərazidən keçən yerli sakinlərin diqqətini cəlb edib. Onlar fotoşəkillərə baxaraq Xocalı faciəsi barədə ətraflı məlumat alıblar. Sərgi ilə maraqlananlar arasında Yuta ştatının qubernatoru Spenser Koks da olub. O, soydaşlarımıza bildirib ki, Minnesota ştatının qubernatoru Tim Ceyms Uolzun 26 fevral tarixinin Azərbaycan Günü elan edilməsi ilə bağlı bəyannamə imzalamasından xəbərdardır.
Sərginin fevralın 26-dək Solt-Leyk-Siti şəhərinin müxtəlif yerlərində nümayiş etdirilməsi nəzərdə tutulur.
             







Baxış sayı: 373


Bölməyə aid digər xəbərlər