12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
“Njdeyə Qarabağda heykəl qoyulması təxribatdır” - Kalaşnikov
Tarix: 16-02-2021 23:40 | Bölmə: Dünya

                     “Njdeyə Qarabağda heykəl qoyulması təxribatdır”


Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə Komitəsinin sədri Leonid Kalaşnikov Xocavənddə erməni əsilli faşist Qaregin Njdeyə heykəl qoyulmasını təxribat adlandırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “Moskva-Bakı” portalına danışıb:
“Məsələ burasındadır ki, rusiyalı sülhməramlıların öz öhdəlikləri var və onlar bundan kənara çıxa bilmirlər. Deməli, ərazidə hansısa abidənin ortaya çıxması məsələsi onların səlahiyyətlərinə aid deyil. Təəssüf ki, bəzi təxribatçılar bu cür abidələr ucaldır, digərləri isə qarşı tərəfin hər hansısa formada əsəbi reaksiya göstərəcəyini gözləyərək təbliğat şousu qururlar.Sözsüz ki, belə təxribatçılardan hələ çox olacaq. Onlar Rusiyada da var. Njdenin abidəsinin ucaldılması  millətçiliyə, millətçi mübarizəyə işarə vurmaqdır...”.
Kalaşnikov xatırladıb ki, vaxtilə Njdeyə Krasnodar vilayətində də qanunsuz heykəl qoyulmuşdu:
“Məlum olmuşdu ki, abidə qanunsuz, yerli icranın razılığı olmadan ucaldılıb. Bu faktı öyrənəndə problemlə şəxsən məşğul oldum, sorğular göndərdim və yerli yoldaşlarla birlikdə onun sökülməsinə nail olduq.  
Bu səbəbdən, düşünürəm ki, Qarabağdakı bu abidənin ucaldılması təxribatdır. Gec, ya tez söküləcək. Belə təxribatlar vəziyyətin düzəlməsinə kömək etmir, əksinə pisləşdirir. Bölgədə yaxşılaşmağa başlayan sülhü pozmaq mümkün deyil”.



Baxış sayı: 374


Bölməyə aid digər xəbərlər