Bütün xəbərlər
Ərdoğan ABŞ-ı terrorçuları dəstəkləməkdə ittiham etdi
Tarix: 15-02-2021 21:48 | Bölmə: Dünya

Ərdoğan ABŞ-ı terrorçuları dəstəkləməkdə ittiham etdi


“ABŞ-ın bir açıqlaması var. Bəs siz terrorçuların tərəfində deyildiniz, bəs PKK-nın, YPG-nin, PYD-nin yanında yer almırdınız?! Yanındasınız və arxasındasınız. Təəssüf ki, bunu ən əvvəldən görürük”.
“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin Rizə Əyalət Konqresində çıxışı zamanı deyib.
Dövlət başçısının sözlərinə görə, Şimali İraqa minlərlə yük maşını tank, minlərlə maşın silah-sursat gətirilib və terrorçulara verilib:
“Bu terrorçularla bizim təhlükəsizlik qüvvələrimiz də orada mübarizə aparıb. Əgər biz sizinlə NATO-da bərabəriksə, əgər sizinlə dünyada, NATO-da bu bərabərliyi davam etdirəcəyiksə, bizə qarşı səmimi olmalısınız.
Terrorçuların yanında yer almayacaqsınız. Türkiyə Silahlı Qüvvələrinin dünyanın ən çətin coğrafiyalarından birində həyata keçirdiyi əməliyyatda şəhidlərimizin qanı yerdə qalmayıb, 51-i ölü olmaqla, 53 terrorçu zərərsizləşdirilib”.
Qeyd edək ki, ABŞ Xarici İşlər Nazirliyi İraqın Qara bölgəsində 13 Türkiyə vətəndaşının qətlə yetirilməsi ilə bağlı Türkiyəyə başsağlığı vermişdi. Başsağlığı mətnində yer alan ifadələr isə reaksiya doğurmuşdu. Buna görə də ABŞ-ın Türkiyədəki səfiri Devid Satterfild Xarici İşlər Nazirliyinə çağırılmışdı.  


Baxış sayı: 322


Bölməyə aid digər xəbərlər