Bütün xəbərlər
ABŞ-ın bu ştatında 26 fevral Azərbaycan Günü elan edildi - Foto
Tarix: 13-02-2021 01:25 | Bölmə: Dünya

                      ABŞ-ın bu ştatında 26 fevral Azərbaycan Günü elan edildi


Minnesota ştatının qubernatoru Tim Volz fevralın 26-nın Azərbaycan Günü elan edilməsi ilə bağlı bəyanat imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, belə bir bəyanatın imzalanması Minnesota Azərbaycan Assosiasiyasının rəhbəri Günel Rallisin təşəbbüsü ilə mümkün olub.
Bəyanatda qeyd edilib ki, Minnesotada yaşayan azərbaycanlılar ana dilini, zəngin milli-mədəni dəyərlərini, ənənələrini qoruyub-saxlamaqla, həmçinin, təbliğ etməklə yerli mədəniyyətə töhfə verməkdədirlər.
Bəyanat Minnesotada yaşayan azərbaycanlıların ölkəmizlə bağlı həqiqətlərin təbliğində uğuru kimi dəyərləndirilə bilər.
Qeyd edək ki, 2016-cı ildə ABŞ-ın Minnesota ştatının Nümayəndələr Palatası Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar qətnamə qəbul edib.

               


Baxış sayı: 270


Bölməyə aid digər xəbərlər