22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
Girov götürülən 15 türkiyəli dənizçi xilas edildi
Tarix: 12-02-2021 19:53 | Bölmə: Dünya

                         Girov götürülən 15 türkiyəli dənizçi xilas edildi


Nigeriya sahillərində dəniz quldurlarının hücumuna məruz qalan "Mozart" gəmisində girov götürülən 15 türk dənizçi xilas edilib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Türkiyə mətbuatı məlumat yayıb.
Yanvarın 23-də təşkil edilən hücumdan sonra heyətdən bu gün xoş xəbər alınıb. 15 dənizçi dəniz quldurlarının əlindən heç bir zərər görmədən xilas olunub. Onların vəziyyətinin yaxşı olduğu bildirilir. Onlar 2-3 gün içərisində İstanbula gətiriləcəklər.
Xatırladaq ki, Qvineya körfəzində “Mozart” konteyner gəmisinə hücum zamanı gəmiyə daxil olan quldurlar 2-ci mühəndis, azərbaycanlı Fərman İsmayılovu qətlə yetirib, 15 nəfər Türkiyə vətəndaşını isə qaçırmışdı.


Baxış sayı: 394


Bölməyə aid digər xəbərlər