Bütün xəbərlər
Gürcüstan XİN rəhbəri Azərbaycana səfər edəcək
Tarix: 11-02-2021 18:51 | Bölmə: Dünya

                    Gürcüstan XİN rəhbəri Azərbaycana səfər edəcək


Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani yaxın vaxtlarda Azərbaycana səfər edəcək.
“Qafqazinfo” xəbər verir ki, o, bu barədə bu gün keçirilən brifinqdə açıqlama verib.
Onun sözlərinə görə, səfər zamanı əsas müzakirə mövzularından biri iqtisadi diplomatiya olacaq: “Səfər zamanı Gürcüstan üçün vacib geosiyasi layihələr, eləcə də ölkəyə əlavə yüklərin cəlb olunması məsələləri nəzərdən keçiriləcək”.
D.Zalkaliani qeyd edib ki, Gürcüstan üçün geosiyasi layihələri stimullaşdırmaq çox vacibdir.


Baxış sayı: 255


Bölməyə aid digər xəbərlər