Bütün xəbərlər
Ərdoğana da ikinci doza peyvənd vuruldu
Tarix: 11-02-2021 16:50 | Bölmə: Dünya

                     Ərdoğana da ikinci doza peyvənd vuruldu


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana koronavirusa qarşı peyvəndin ikinci dozası vurulub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ərdoğan öz teleqram kanalında məlumat verib.
“Mənə də koronavirusa qarşı ikinci doza peyvənd vuruldu. Qısa zaman ərzində bütün vətəndaşlarımızın vaksinasiyasını hədəfləmişik”, - deyə dövlət başçısı ifadə edib.
Qeyd edək ki, R.T. Ərdoğana ilk doza yanvarın 14-də tətbiq olunmuşdu.


Baxış sayı: 314


Bölməyə aid digər xəbərlər