Bütün xəbərlər
Məşhur aktrisanın yeni biznesi
Tarix: 11-02-2021 01:31 | Bölmə: Dünya
Məşhur aktrisanın yeni biznesi


Türkiyəli aktrisa Bestemsu Özdəmir “Cadde” qəzetinə yeni işləri barədə danışıb.Axşam.az xəbər verir ki, aktrisa Nişantaşında yerləşən restoranını bağladığını açıqlayıb:
“Yemək işi çətindir, ziyana işlədim. İndi daha yaxşı bildiyim işi edəcəyəm. Aktrisalığa davam edəcəyəm və tekstillə bağlı planlarım var. Hazırda geyimlərimin nümunələri hazırlanır. Mağaza açacağam, onlayn satış olacaq”.
B.Özdəmir sosial şəbəkədə izləyici sayının çox olmağının yaxşı aktrisa olub-olmamağı ilə əlaqəsinin olmadığını da deyib:
“Birinin min izləyicisi ola bilər, amma yaxşı sənətçi olar. Bunların müqayisə olunmağı məni kədərləndirir. Milyonlarla izləyicisi olanın uğursuz işləri də olur”.
Qeyd edək ki, Bestemsu Özdəmir bu günə qədər “Sakarya fırat”, “Meryem”, “Kara para aşk” kimi reytinqli seriallarda rol alıb.


Baxış sayı: 363


Bölməyə aid digər xəbərlər