12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
ABŞ-da ikinci ən böyük nazirliyin başçısı o oldu
Tarix: 09-02-2021 16:39 | Bölmə: Dünya

                 ABŞ-da ikinci ən böyük nazirliyin başçısı o oldu

ABŞ Konqresinin Senatı namizədliyi Prezident Co Bayden tərəfindən irəli sürülmüş Denis Makdonounu veteranların işləri üzrə nazir vəzifəsinə təsdiqləyib.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, onun təyin olunmasına 87 senator səs verib, 7-si isə əleyhinə çıxıb.
Yaxın günlərdə 51 yaşlı Makdonou and içəcək.
Daha əvvəl o, ABŞ-ın 44-cü Prezidenti Barak Obamanın administrasiyasında Ağ Ev əməkdaşları aparatının rəhbəri vəzifəsində çalışıb. Makdonou, həmçinin Obamanın milli təhlükəsizlik üzrə köməkçisinin müavini olub.
Veteranların İşləri üzrə Nazirlik ABŞ-da Müdafiə Nazirliyindən sonra ikinci ən böyük hökumət qurumudur.



Baxış sayı: 340


Bölməyə aid digər xəbərlər