12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Baş nazir Rusiyanın diplomatlarla bağlı qərarını qınadı
Tarix: 07-02-2021 20:13 | Bölmə: Dünya

                  Baş nazir Rusiyanın diplomatlarla bağlı qərarınıqınadı


İsveçin Baş naziri Stefan Löfven avropalı diplomatların Rusiyadan çıxarılmasını qınayıb və cavab tədbirlərinin görüləcəyini bildirib.
Unikal.org xəbər verir ki, bu barədə TT agentliyi məlumat yayıb.
"Rusiyanın İsveç də daxil olmaqla bir neçə Aİ diplomatını ölkədən çıxarmaq barədə əsassız qərarını qınayıram". Hökümət başçısı əlavə edib ki, diplomat mövcud qaydalara riayət edərək işini çox yaxşı görüb.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi yanvarın 23-də Moskvada və Sankt-Peterburqda qanunsuz aksiyalarda iştirak edən İsveç, Polşa və Almaniya diplomatını persona non-qrata elan etdiyini bildirib. Müvafiq qərarla əlaqədar hər 3 ölkənin səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb.
 



Baxış sayı: 321


Bölməyə aid digər xəbərlər