12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
“Hər il ölənlərin sayı artacaq” - Bill Qeytsdən proqnoz
Tarix: 07-02-2021 20:06 | Bölmə: Dünya

                   “Hər il ölənlərin sayı artacaq”


“Microsoft” şirkətinin qurucusu Bill Qeyts bəşəriyyəti gözləyən qlobal təhlükələrdən danışıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, gələcəkdə iqlim dəyişikliyi və bioterrorizm nəticəsində hər il ölənlərin sayı artacaq:
“İstiləşmə ilə bağlı təbii kataklizmlərdən ölənlərin sayı hər il artacaq. Koronavirus pandemiyası dövründən çox qurbanlar olacaq.
Bundan başqa, bütün bəşəriyyətə geniş ziyan vurmaq istəyən hər kəs yeni bir ölümcül virus yarada bilər”.
B.Qeyts həmçinin, yaxınlaşan yeni pandemiya ilə bağlı da xəbərdarlıq edib: “Dünyadakı milyonlarla insanı müharibə yox, daha ölümcül bir virus məhv edəcək”.



Baxış sayı: 334


Bölməyə aid digər xəbərlər