12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Sputnik V Türkiyədə istehsal ediləcək
Tarix: 23-01-2021 13:53 | Bölmə: Dünya

                  Sputnik V Türkiyədə istehsal ediləcək


Rusiya Birbaşa İnvestisiya Fondu (RDIF) Türkiyənin aparıcı əczaçılıq məhsulları istehsalçılarından biri ilə Türkiyədə Sputnik V koronavirus peyvəndi istehsalına dair bir müqavilə imzalayıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat verib. Texnologiya transferinin artıq başlandığı bildirilib.
"Sputnik V peyvəndinin illik potensial istehsal həcmi ildə milyonlarla dozadır. Gələcəkdə istehsalın genişləndirilməsi məsələsi də müzakirə olunur. Peyvənd həm Türkiyə daxilində daxili bazara, həm də digər ölkələrə tədarük ediləcək",-deyə fonddan bildirilib.
Bildirilib ki, türk əməkdaşlar peyvəndə böyük maraq göstərirlər.
Sputnik V peyvəndi sübut edilmiş və yaxşı öyrənilmiş insan adenovirusu vektor platformasına əsaslanır və artıq Rusiya, Belarusiya, Argentina, BƏƏ, Macarıstan, Serbiya, Boliviya, Əlcəzair, Fələstin, Venesuela, Paraqvay və Türkmənistanda istifadə üçün təsdiqlənib. Həmçinin Avropa İttifaqında da peyvənd qeydiyyatı prosesi başladılıb.



Baxış sayı: 340


Bölməyə aid digər xəbərlər