22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Bişkekdə etirazçılar meriya və hökumət binalarını ələ keçirdi - Yenilənib
Tarix: 06-10-2020 11:44 | Bölmə: Dünya

                 Bişkekdə etirazçılar meriya və hökumət binalarını ələ keçirdi


Qırğızıstanda parlament seçkilərinin nəticələri ilə razılaşmayan etiraz aksiyasının iştirakçıları Bişkekin meriya binasını ələ keçiriblər.
“Qafqazinfo” bildirir ki, bu barədə məlumatı şəhərin meri Əziz Surakmatov “24.kg” informasiya agentliyinə təsdiqləyib.
Təfərrüatlar hələlik məlum deyil.
Qeyd edək ki, Bişkekdə iğtişaşlar nəticəsində xəsarət alanların sayı 590 nəfərə çatıb. Etiraz aksiyası keçirən insanlar Dövlət Milli Təhlükəsizlik Komitəsinin İstintaq Təcridxanasında həbsdə olan keçmiş prezident Almazbek Atambayevi, həmçinin Moldovanovka kəndindəki koloniyada həbsdə olan keçmiş Baş Nazir Sapar İsakovu azadlığa buraxıblar. Bundan başqa, Qırğızıstan parlamentinin nümayişçilər tərəfindən zəbt olunmuş binasında yanğın baş verib.
***
Qırğızıstanda parlament seçkilərinin nəticələri ilə razılaşmayan etiraz aksiyasının iştirakçıları Bişkek hökumət binasını da ələ keçiriblər. “Qafqazinfo” bildirir ki, bu barədə “TASS”a Nazirlər Kabineti Aparatının əməkdaşı bildirib.
“Mitinqçilərdən ibarət onlarla insan Hökumət Evinin binasını ələ keçiriblər və heç kəsi oraya buraxmırlar”, - o deyib.
Agentliyin həmsöhbətinin sözlərinə görə, səhər saatlarında aparat əməkdaşları işə gəlsələr də, binanı tutan şəxslər onları iş yerlərinə buraxmaqdan imtina ediblər.



Baxış sayı: 379


Bölməyə aid digər xəbərlər