Bütün xəbərlər
Dağıstanın rəhbəri istefaya göndərildi
Tarix: 05-10-2020 20:59 | Bölmə: Dünya

                Dağıstanın rəhbəri istefaya göndərildi


Rusiya Prezidenti Vladimir Putin Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyevin istefası ilə bağlı fərman imzalayıb.
"Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir ki, Vladimir Putin senator Sergey Melikovu Dağıstanın müvəqqəti rəhbəri, Vladimir Vasilyevi isə özünün müşaviri vəzifəsinə təyin edib. 
Qeyd edək ki, Vladimir Vasilyev 2018-ci ilin sentyabr ayından etibarən Dağıstan Respublikasının rəhbəri vəzifəsini icra edib.


Baxış sayı: 304


Bölməyə aid digər xəbərlər