Bütün xəbərlər
“Ermənilər 4 minə yaxın itki verib” - Alman hərbi jurnalist
Tarix: 03-10-2020 20:43 | Bölmə: Dünya

                  “Ermənilər 4 minə yaxın itki verib”

“Ermənilər çoxlu itki sayına (4 minə yaxın) görə özlərini tək hiss edirlər”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzetinin hərbi jurnalisti Paul Ronzhaymer tvitter hesabındakı paylaşımında bildirib.
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində münaqişə ilə bağlı mövcud vəziyyəti izləmək üçün Ermənistana gələn jurnalist ilk rastlaşdığı təəssüratı bölüşüb.
“Demək olar, hər kəsin yaxınları arasında orduya çağırılan var. “Merkel buradakı müharibə haqda niyə bu qədər az danışır?”,-deyə İrəvan hava limanında bizi qarşılayan Mane soruşur. Qabaqda 8 saatlıq yol var”,-deyə Ronzhaymer qeyd edib.
Jurnalist daha əvvəlki paylaşımlarında vəziyyəti daha yaxından izləmək üçün cəbhə bölgəsinə yollanacağını bildirib.


Baxış sayı: 573


Bölməyə aid digər xəbərlər