Bütün xəbərlər
Lukaşenko da koronavirusa yoluxubmuş - Video
Tarix: 29-07-2020 01:07 | Bölmə: Dünya

                  Lukaşenko da koronavirusa yoluxubmuş


Belarus Prezidenti Aleksandr Lukaşenko koronavirusa yoluxubmuş.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə o, bu gün keçirdiyi iclasda bildirib. Lukaşenkonun sözlərinə görə, infeksiyanı asimptomatik və yataq rejimi olmadan keçirib. Prezidentin orqanizmində infeksiya olması barədə məlumatı həkimlər dünən veriblər. Lukaşenko virusa harda yoluxması haqda danışmayıb.
Qeyd edək ki, Lukaşenko pandemiya dövründə ölkədə heç bir karantin rejimi tətbiq etməyib. Hətta mayın 9-da Belarusda Qələbə günü münasibətilə parad keçirilib.

             


Baxış sayı: 370


Bölməyə aid digər xəbərlər