Bütün xəbərlər
Argentinada futbol matçı zamanı kütləvi dava olub, 100-dən çox azarkeş saxlanılıb - VİDEO
Tarix: 26-03-2018 00:49 | Bölmə: Dünya

                           İğtişaşı polis rezin güllələrin köməkliyi ilə dayandırıb

Argentinanın futbol üzrə II Divizionunda "Los Andes" və "Braun Adroqe" komandaları arasında keçirilmiş oyun tribunalarda fanatların kütləvi davası üzündən dayandırılıb.
"Report"un "Clarin" nəşrinə istinadən məlumatına görə, toqquşma matçın start fitindən 16 dəqiqə sonra başlanıb.
Əvvəlcə azarkeşlər bir-birilərinə daş və şüşə qablar atıblar. Sonra isə münaqişə yumruq döyüşlərinə keçib. İğtişaşı polis rezin güllələrin köməkliyi ilə dayandırıb.
                             
On bir dəqiqə sonra oyun davam etdirilib. Hadisə nəticəsində 100-dən çox fanat saxlanılıb.
Görüş "Los Andes"in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Baxış sayı: 797


Bölməyə aid digər xəbərlər