22:30 / 01-04-2026
Bankirə qiyabi hökm oxunub
Bütün xəbərlər
Liftdə əlil kişinin döyülməsi ilə bağlı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb
Tarix: 09-02-2026 13:12 | Bölmə: Cəmiyyət

Barnaulda mənzil binasının liftində əlil kişinin döyülməsi ilə bağlı cinayət işi açılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Altay diyarı üzrə İstintaq Komitəsi məlumat verib.
Cinayət Sənaye rayonunda baş verib. Hadisənin videosu sosial mediada paylaşılıb. Kamera qarşıdurma zamanı bir kişinin digərini vurduğunu qeydə alıb.
Zərərçəkmiş daha sonra polisə müraciət edib. Ailəsinin sözlərinə görə, hücum edən peşəkar boksçudur.
"Rusiya Federasiyasının Altay diyarı üzrə İstintaq Komitəsinin müstəntiqləri Barnaul şəhərində əlil kişiyə qarşı xuliqanlıq maddəsi ilə cinayət işi açıblar. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulan cinayət tərkibinə əsasən", - agentlik Telegram kanalında bildirib.
İstintaq və müəyyən edilmiş hallar barədə hesabat Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə təqdim ediləcək.



Baxış sayı: 171


Bölməyə aid digər xəbərlər