Bütün xəbərlər
Uşaq eskalatorda barmağını itirib
Tarix: 09-02-2026 13:31 | Bölmə: Digər

Barnauldakı bir ticarət mərkəzində eskalatorda bir oğlan ağır yaralanıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Altay İstintaq Komitəsi təfərrüatları açıqlayıb.
İlkin məlumatlara görə, hadisə 7 fevral günortadan sonra baş verib. 13 yaşlı oğlan eskalatordan enərkən açarlarını hərəkətli platforma ilə sürahi arasına atıb. Oğlan açarları götürməyə çalışsa da, barmaqları mexanizmin hərəkətli hissələrinə ilişib.
Bir neçə barmaq zədələnib və bir barmaq amputasiya edilməli olub.
"Rusiya Federasiyasının Altay diyarı üzrə İstintaq Komitəsinin Barnaul şəhərinin Jeleznodorojnı rayonu üzrə İstintaq İdarəsi cinayət işi açıb", - deyə, məlumatda bildirilir.
Müstəntiqlər hadisənin bütün hallarını müəyyən etmək üçün zəruri istintaq hərəkətləri aparırlar.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər