Bütün xəbərlər
ABŞ-ın Hindistandakı səfiri: "Tramp Modi ilə telefonla danışıb"
Tarix: 02-02-2026 20:38 | Bölmə: Dünya

ABŞ Prezidenti Donald Tramp 2 fevral Bazar ertəsi günü Hindistanın Baş naziri Narendra Modi ilə telefonla danışıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Hindistandakı səfiri Serxio Qor məlumat verib.
Qor sosial media platforması X-də yazıb: "Prezident Tramp Baş nazir Modi ilə danışıb.Bizi izləməyə davam edin".
Serxio Qor avqust ayında ABŞ Prezidenti Donald Tramp tərəfindən səfir vəzifəsinə namizəd göstərilib. 7 oktyabrda Senat onun namizədliyini təsdiqləyib və 12 oktyabrda Tramp son təyinatını elan edib.
Daha əvvəl Tramp Modini xüsusi lider və dost adlandırıb.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər