Bütün xəbərlər
Şoyqu Pekində Putin və Si Cinpin arasında təmasların cədvəlini müzakirə etdi
Tarix: 01-02-2026 19:57 | Bölmə: Dünya

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Çinin xarici işlər naziri Van Yi ilə görüşdə yüksək səviyyəli təmasların cədvəlini müzakirə etdi. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Prezident Putin və Çin prezidenti Si Cinpin fəal dialoq aparırlar.
Onlar bu il dialoqu müntəzəm olaraq davam etdirəcəklər.
"Danışıqlar çox intensiv keçdi. Ən yüksək səviyyədə də daxil olmaqla, təmasların cədvəlini müzakirə etdik", - deyə, Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti bildirib.
Mətbuat xidməti iki dövlət başçısının dostluq münasibətlərini qoruduğuna və müntəzəm ünsiyyəti davam etdirəcəyinə əminlik bildirib.
Sergey Şoyqu qeyd edib ki, Van Yi ilə danışıqlar çox məzmunlu olub. Müzakirələr dünyanın müxtəlif bölgələrində həm Moskvanın, həm də Pekinin maraqlarına təsir edən hadisələrə yönəlib.Şoyqu Rusiyanın Tayvanla bağlı Çinin mövqeyini dəstəklədiyinə əminlik verib.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər