Bütün xəbərlər
Şübhəlini həbsxanadan azad etməyə cəhd edib
Tarix: 30-01-2026 11:14 | Bölmə: Dünya

FTB agenti kimi təqdim edilən bir kişi UnitedHealthcare şirkətinin baş direktoru Brayan Tompsonun qətlində şübhəli bilinən Luigi Mangioneni həbsxanadan azad etməyə cəhd edib.

  Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə CNBC mənbələrə istinadən məlumat yayıb.
Kanalın məlumatına görə, 36 yaşlı Minnesota sakini Mark Anderson Mangionenin saxlanıldığı Nyu-Yorkdakı federal həbsxanaya gəlib və azadlığa buraxılması üçün məhkəmə qərarı olduğunu iddia edib.Kişi özünü FTB agenti kimi təqdim edib.
Anderson həmçinin silaha sahib olduğunu da iddia edib. Lakin həbsindən sonra çantasında yalnız çəngəl və pizza kəsicisinin olduğu məlum olub.
UnitedHealthcare şirkətinin baş direktorunun qətli 6 dekabr 2024-cü il səhəri Manhetten şəhərinin mərkəzində baş verib. Polis bildirib ki, hücum Mangionenin Tompsonu vurduğu iddia edilən Nyu-York Hilton Midtown otelinin qarşısında baş verib.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər