Bütün xəbərlər
Braziliyada keçmiş məmur 11 il iş aldı
Tarix: 08-03-2018 23:34 | Bölmə: Dünya

Braziliyada Petrobras-ın keçmiş rəhbəri korrupsiya ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Trend-in məlumatına görə, neft-qaz nəhəngi Petrobras-ın rəhbəri Aldemir Bendini korrupsiya və çirkli pulların yuyulmasında ittiham olunur.
Onun Odebrecht tikinti şirkətindən 3 milyon real (907 min dollar) rüşvət aldığı deyilir.
Bundan əvvəl Bendiniyə 25 il iş istənilib.
Qeyd edək ki, Bendini 2015-ci ilin əvvəlində kompaniyanın baş direktoru təyin olunub. Bendinidən əvvəlki direktor da korrupsiyada ittiham edilərək vəzifəsindən azad edilib. Bendini özü isə 2016-cı ilin mayında işdən azad edilib və barəsində cinayət işi qaldırılıb.



Baxış sayı: 814


Bölməyə aid digər xəbərlər