Bütün xəbərlər
"Şəhidlər öləndə yox,Unudulanda ölürlər" adlı tədbir keçirilib
Tarix: 19-05-2022 22:04 | Bölmə: Cəmiyyət

    "Qafqaz-Media" İctimai Birliyi və Zabitlər Evi Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarını tanıtmaq məqsədilə "Şəhidlər öləndə yox,Unudulanda ölürlər" adlı tədbir keçirilib.

             
Tədbirdə şəhid Raqib Hüseynov(baş leytenant), Xəyal Aslanov(gizir), Eltun Kərimov(kiçik çavuş), Əli Cəfərli, Ceyhun Xəlilov(kiçik çavuş), Elşən İbrahimov(əsgər), Miqdad Abduləlimov(əsgər), Səbuhi Məcidov(əsgər), Rahid Sadıxovun(əsgər) valideynləri iştirak ediblər. 
    Çıxış edənlər  Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuş şəhidlərin qəhrəmanlığından danışıblar.
    Tədbirdə Həzi Aslanov adına Ordu ideoloji və Mədəniyyət Mərkəzinin solistləri Gülnar Mirzəyeva, Nərgiz Nuriyeva, Elçin Məmmədov vətənpərvər ruhlu mahnılar ifa ediblər. 
   Şəhid valideynlərinə və şəhid ailələrinin və qazilərin yanında olan, onlara qayğı göstərən tədbir iştirakçılarına "Qafqaz-Media" İctimai Birliyinin sədri
Hacı Azadə Taleh Abbasqızı (Hüseynova), "Vətən naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova tərəfindən "Fəxri Fərman" və "Təşəkkürnamə" təqdim olunub.
Sabaha-inamla.az
























Baxış sayı: 447


Bölməyə aid digər xəbərlər