Bütün xəbərlər
Sumqayıtda bələdiyyə seçkiləri ilə əlaqədar maarifləndirmə işinə start verildi
Tarix: 27-11-2019 17:42 | Bölmə: Siyasət
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 27 noyabr 2019-cu il tarixində Təhsil Respublika İdman Mərkəzi Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbində ilk dəfə səs verəcək gənclər arasında dəyirmi masa keçirildi.
Tədbiri giriş sözü ilə açan Baş İdarənin rəisi Elgün Hümbətov iştirakçıları salamlayaraq, ölkə və şəhər rəhbərliyinin gənc nəslə göstərdiyi qayğısından və respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışdı. Qeyd edildi ki, tədbirin keçirilməsində məqsəd “Azərbaycan gəncliyi 2017 – 2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.7.3 yarımbəndinin icrası, gənclər arasında seçkilərdə iştirakın təbliği, seçkilərdə ilk dəfə iştirak edən gənclərin seçki prosesi, seçkilərdə iştirak hüququ, seçicilərin hüquq və vəzifələri, səsvermə proseduru barədə maarifləndirilməsidir.
Sonra təlimçi Ramil Süleymanov iştirakçılara seçkilərdə iştirak hüququ, səsvermə proseduru barədə ətraflı məlumat verərək, 18 yaşına çatmış hər bir Azərbaycan vətəndaşının öz səsvermə hüququndan istifadə etməklə əslində seçki obyektivliyini təmin etmiş olacağını bildirdi.
Daha sonra gəncləri maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılmış, qarşılıqlı diskussiya təşkil edilmiş və iştirakçılara maarifləndirici bukletlər paylanılmışdır.
Sabaha-inamla.Az





Baxış sayı: 609


Bölməyə aid digər xəbərlər