Bütün xəbərlər
Həmişə xatırlanır və ürəklərdə yaşayır...
Tarix: 06-12-2017 17:25 | Bölmə: Karusel
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü münasibətilə Suraxanı rayonundakı 13 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında tədbir keçirilib.
İcra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, anım tədbirinin əvvəlində titanik fəaliyyəti ilə öz adını tarixə yazdıran müdrik şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə açan 13 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Zümrüd Abdullayeva müasir dövlətçilik tariximizin qurulmasında Ümummilli Liderin müstəsna xidmətləri barədə danışıb.
Suraxanı Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Nazim Fətullayev Azərbaycan tarixi və milli siyasi təfəkkürdə fenomen şəxsiyyət kimi iz qoyan Heydər Əliyev dühasının uzaqgörənliyindən, Vətən və xalq sevgisindən danışıb. Qeyd olunub ki, ölkəmizin dünya birliyində yer tutması və bugünkü sabit inkişafı məhz onun müəyyən etdiyi siyasi kursun və həmin kursun layiqli davamçısı olan Prezident İlham Əliyevin apardığı uğurlu siyasətinin bəhrəsidir.
Tədbirdə çıxış edən 13 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkimləri Camaləddin Məlikov, Ceyran Əmirova, 8 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının həkimi Mehriban Hüseynova müdrik rəhbər və tarixi şəxsiyyət Heydər Əliyevin səhiyyəyə göstərdiyi diqqət və qayğıdan bəhs ediblər.



Baxış sayı: 447


Bölməyə aid digər xəbərlər