Bütün xəbərlər
Dünya şöhrətli ifaçımız Türkiyədə geniş konsert proqramı ilə çıxış edəcək
Tarix: 29-11-2017 17:52 | Bölmə: Karusel





Dünya şöhrətli müğənnimiz, SSRİ Xalq Artisti Zeynəb Xanlarova gələn il Türkiyədə geniş konserti proqramı ilə çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, konsert 2018-ci il martın 17 və 18-də İstanbulda baş tutacaq.
Qeyd edək ki, Türkiyədə Zeynəb Xanlarovanın sənətinə yüksək qiymət verilir. Ona Ankara Jurnalistlər Birliyi tərəfindən “İlin sənətçisi”, Türk Basın Birliyi tərəfindən isə “Basın və başarı” mükafatları verilib. “Dünyanın Zeynəbi” adlandırılan sənətkar dəfələrlə qardaş Türkiyədə olub, əvəzsiz ifaları və mahnıları ilə ürəklərdə silinməz izlər qoyub.



Baxış sayı: 408


Bölməyə aid digər xəbərlər