10:06 / 17-10-2026
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
18:59 / 16-10-2026
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
23:58 / 15-10-2026
Yeniyetmələr bir kişini şəhərətrafı qatardan çıxarıb döyüblər
20:25 / 15-10-2026
Lavrov: "Rusiya Ukrayna ilə bağlı danışıqları heç vaxt rədd etməyib"
20:20 / 15-10-2026
İstanbulda 84 ilin ən güclü yağışı nəticəsində üç nəfər ölüb
20:16 / 15-10-2026
Rusiya karateçilərinin Polşada keçirilən Gənclər arasında Dünya Çempionatında iştirakına qadağa qoyulub.
20:05 / 15-10-2026
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
19:58 / 15-10-2026
Merz ABŞ-ın dondurulmuş Rusiya aktivləri ilə bağlı təklifinə reaksiya verdi
19:54 / 15-10-2026
Tanışını öldürməkdə ittiham olunub
19:51 / 15-10-2026
Peskov Rusiya idmançılarını dünyanın ən güclüləri adlandırdı
19:47 / 15-10-2026
18 milyon rubl rüşvət aldığına görə həbs edilib
19:42 / 15-10-2026
Tramp Nidal Həsənin edamını canlı yayımlamayacağını açıqladı
19:39 / 15-10-2026
CNN: Ukraynada "Patriot" raketləri tükənib
19:23 / 15-10-2026
İnsan qalıqları olan torbalar tapılıb
19:20 / 15-10-2026
Mərkəzi Bank ayıları Sibirdə turizmə mane olan amillərdən biri adlandırılıb
19:17 / 15-10-2026
Polis məmurunu təhdid etməkdə və bir qadını vurmaqda təqsirli bilinib
19:13 / 15-10-2026
Larisa Dolinanın Moskva Konserti ləğv edildi
19:05 / 15-10-2026
Husilərin Ər-Riyad hava limanına hücumları nəticəsində 17 nəfər həlak olub
19:00 / 15-10-2026
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
21:49 / 14-10-2026
Məktəblilərə hücum etdiklərinə görə yeniyetmə miqrantlar saxlanılıb
21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:39 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Rusiya səfirini çağırdı
21:31 / 14-10-2026
Ayı hücum edəndə ağrımadı: Balıqçı yırtıcı ilə qarşılaşmasından danışır
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
21:17 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Çin nümayəndə heyətinin İturup adasına səfərindən sonra etirazını bildirib
21:10 / 14-10-2026
Sinqapur bayrağı altında üzən konteyner gəmisi Hörmüz boğazında batdı
21:06 / 14-10-2026
Lavrov Putin və Si Cinpin arasında Şençjendə keçirilən APEC sammitində görüş keçiriləcəyini açıqladı
21:02 / 14-10-2026
Türkiyənin Antalya şəhərində mikroavtobus qəzaya uğrayıb
20:59 / 14-10-2026
Qətldə şübhəli bilinən şəxs saxlanılıb
20:56 / 14-10-2026
Pentaqon 2026-cı ilə qədər yüz minlərlə kamikaze hücum dronunu yerləşdirməyi planlaşdırır
20:52 / 14-10-2026
Deputatlar Məclisinin rəhbəri dələduzluqda ittiham olunaraq həbs edilib
20:49 / 14-10-2026
FIS Dünya Kubokunda Rusiya xizəkçiləri üçün kvota yerlərinin sayını açıqladı
20:46 / 14-10-2026
İtkin düşmüş 3 yaşlı oğlan qarğıdalı tarlasında tapılıb
Vətən oğlu Məmmıd Araz
Tarix: 12-11-2017 20:52 | Bölmə: Ədəbiyyat

30 ilə yaxındır ki, doğma yurda, isti ocağa, bərəkətli bucağa, buz bulaqlara, meyvəli bağlara, sərin çeşmələrə, zümrüd yamaclara, dərin dərələrə, yarpızlı, baldırğanlı gözələrə, yaşıl yaylaqlara, zirvəsində qartal gəzən, sinəsində qurd ulaşan başı dumanlı dağlara hiyləgər, xain, çörək itirən, namərd qonşularımızın ucbatından həsrət qalmışam. Gecələr yuxumda görürəm müqəddəs pirləri- Qarapiri, Anabatı, Xaraba məscidi, tarixi abidələri, kümbəzləri, dağların belinə kəmər kimi sarılan dağ cığırlarını...
Kəndimizin adı Ağdüdü. Çox qədim kənddir, burada olan qəbir daşları, qoç daşları, saduqələr kəndin qədim tarixindən XI-XII əsrə aid olduğundan xəbər verir.
Kəndimizdə böyük tayfalar olub. Onların ağsaqqalları adnan deyilib. Xanımağalı, Əhmədli, İsmayıl uşağı, Məşədi Şirin uşağı, Məşədi İbrahim uşağı.
Məşədi İbrahim uşağından söhbət eləmək istəyirəm. Böyük tayfa başçısı olan Məşədi İbrahim çox sağlam nəsil yetişdirib. O tayfanın çox hörmətli, səxavətli, sədaqətli, el qeyrətli adamları eldə-obada adnan deyilib. Məşədi İbrahimin Hümbətyar, Məmmədyar, Xudayar adlı oğlanları qılınc vuran, tüfəng atan olublar, yurdu yad ellərdən qoruyublar. Xudayar baba 130 il yaşadı. Mən keçən əsrin 50-60 cı illərində onun ağacların dibini bellədiyini görmüşəm...
Infil əminin xatirələrindən:
-Bizim kənd Ağdü Zəngəzurun kilid-açarı adlanırdı. 1905-ci ildə erməni-müsəlman davasında ermənilərin başçısı Qəzər Stepanyanın bizim kəndin igidləri gəbərtmişdi həmin dərə Qəzə ölən adlanır. Ona görə də ermənilər bizim adamlardan qorxurdular. Kənddə vuran-tutan, igid adamlar çox idi. O vaxt onlar imkanlı olduqları üçün Ziyarətgahlara gedib Hacı Əbdüləli, Kalbay İsgəndər, Kalbayı Mürsəl, Kalbayı Hümbətalı, Məşədi Şirin və bizim babamız Məşədi İbrahim. 1918-ci ildə quldur ermənilərin üstümüzə gəlmə xəbərini eşidəndə hər tayfadan özünü müdafiə dəstəsi düzəltdik.
Xanımağalıdan Ədil Mehralı, Əhmədlidən Kalbay İslam, Kalbay İsgəndər, Məşədi Şirinlidən Alkərim, Cəfərlidən Mikayıl, Məşədi İbrahimlidən mən və əmimqızı Səməngül. Infil əmi kolxoz bağında ocağın üstündə dağların otu ilə qara aftafada dəmlədiyi ətirli çaydan adama bir kasa süzdü, torbadan möyüz çıxartdı. Bənəmyar üzümündəndi dedi. O çaydan bir qurtum içib sözünə davam elədi. Biz Buğda təpəsinin döşündə olan Asvar kahasında məskən salmışdıq. Çünki oradan hər yan apaydın görünürdü. Artıq quldur Andrannikin vəhşi ermənilərdən təşkil olunmuş, müsəlmanlara qarşı amansız olan qoşunu Zəngəzurun kəndlərini yandırır, insanlarını qırırdılar. Atam Xuadayar kişi, çox uzaqgörən idi. Doğma kəndimizin dağıldığını gördü orda yaşamağın mümkünsüz olduğunu bildirdi. Bizim ailə də o üz Ərəfsəndən aşıb Nars kəndinə gəldik, Ağdülülər məhləsi saldıq. Burda bir neçə məhlə- Pulkəndli, Ərikli, Şükarlı məhlələri də o vaxt Zəngəzurdan canlarını götürüb qaçanlar tərəfindən yaranıb.
Mənim ailəmdə İbrahim, Məmməd, Əbilfəz, Gülsüm kimi övladlar bu kənddə dünyaya göz açıblar. Uşaqlar içində ən şuluğu və çəlimsizi Məmməd, ağırı, oturuşunu,
duruşunu bilən İbrahim idi. Ağır, çətin illər görmüşük. Aclıq, yoxsulluq bizi tapmışdı, yaxamızdan əl çəkmirdi. Ancaq həyat davam edirdi... Bəli, Cahan nənəmin laylasından, oxşamasından, bayatısından bəhrələnən nağıl, dastan dünyasına boylanan Məmməd, İnfil əminin əməksevərliyi, torpağa bağlılığı ilə öyünürdü.
Bax belə zəhmətkeş ailədə böyüyən Məmməd də o ənənəni torpağa, Vətənə elə-obaya, gülə-çiçəyə bağlanmağı uşaqlıqdan qəlbində yaşadırdı.
“Atamın kitabında” dedikləri kimi:
Azərbaycan ədəbiyyatından poeziya zirvəsinə çatan, 84 yaşını qeyd etdiyimiz xalq şairi Məmməd Araz torpağa, Vətənə, ürəkdən bağlı, ölməz, həmişəyaşar şairdi.
Məmməd Araz yazdığı
Bəlkə bu yerlərə bir də gəlmədim,
Duman, salamat qal, dağ, salamat qal.
Arxamca su səpir yoxsa buludlar
Leysan, salamat qal, yağ, salamat qal.
Gəldim qarşıladı güllər, çiçəklər,
Gedirəm, əl edir boz biçənəklər.
Nidamı çaylara dedi küləklər,
Bulan salamat qal, ax, salamat qal.
Qıy vuran qartallar yox oldu çəndə,
Nərgizlər saraldı sehli çəməndə.
Ay alagöz pəri, arxamca sən də,
Boylan salamat qal, bax, salamat qal.
Bu qoca dağların biri də sənsən,
Şairi də sənsən, şeiri də sənsən.
Barı, bərəkəti, xeyri də sənsən,
Çoban salamat qal, sağ salamat qal.
Kəndə bağlılıq, ilkinlik, kəndlilik, kəndçi vuqarı nə qədər zirvələr ilə bərq vurur. Bax təkcə bu şeirə görə Məmməd Araz yenə sayılıb seçilərdi. Bu mənim şəxsi fikrimdi.
Məmməd Arazın bu şeiri əlimizdən tutub bütün Azərbaycann dağlarına çıxardır bizi dağ ucalığından açılan doğma mənzərələr ürəyimizi riqqətə gətirir, nələri itirdiyimizi dərk edirik. Biləyimizdən yapışıb bizi talelərdən keçirir, qeyrət ucalığından itirdiklərimizə baxmağa məcbur edir.
Dünyaya sığmayan insan vətənə sığar deyib ulularımız. Çünki Vətən göylüyün, yəni əzəliliyin, əbədiliyin, sonsuzluğun kamilliyin ifadəsidir. Vətən ruhani məkandır, bu
səbəbdən də dünyadan artıqdır. Şeirin ikinci uğurlu cəhəti kəndçiliyimiz,- ilkinliyimiz, həqiqətinin izharıdır.
Azərbaycanlıların bir qusuru var. Özgələşmə ehtirası. Bir iki şeir yazan dilini dəyişir, yerişini, ədasını dəyişir, əcnəbi geyimləri ilə özgələşir. M. Arazın şeirlərində sezilən kəndçi vüqarı, şəhərdən sınmayan, itməyən əriməyən, əksinə özünü tapan və özünü dərk edən vüqarı məndə minnətdarlıq hissi oyadır. Mən həmişə bilmişəm ki, ilkinliyimiz, seyriyyətimiz, musiqiliyimiz, şərqiliyimiz, ülviliyimiz hamısı kənddədir.
Vətən bizə oğul deməz,
Ona candan pay verməsək.
Torpaq bizdən üz döndərər,
Harayına, hay verməsək.
Babaların goru çatlar,
Düşmənlərə vay verməsək.
Şahin-sonqar meydan açar,
Qartal kimi qıy verməsək.
Dəlilərim qalib gəlməz,
Onlara ox-yay verməsək,
Vətən oğlu Məmməd Araz.
Duyğularım təzələnir,
El-obanı şən görəndə.
Doğma Vətən torpağını
Səfalı, gülşən görəndə.
Vüqarıma vüqar çatmaz,
Dağlarımda çən görəndə.
Ürəyimə təpər dolar,
Qardaş səni “Şən” görəndə.
Gözlərimə nur ələnir,
Tostu dosta tən görəndə.
Vətən oğlu, Məmməd Araz.
Gərək bir də unutmayaq,
Başımıza gələnləri.
Nifrət ilə yada salaq,
Bir bədəni, bir ürəyi
Iki yerə bölənləri.
Unutmayaq Vətən üçün
Candan keçib ölənlətri,
Qurd ürəkli, sal kürəkli,
Geri dönməz igidləri.
Vətən oğlu Məmməd Araz.
Çox şükür ki gündən-günə,
Saflaşırıq, paklaşırıq.
Içimizdə həyat eşqi,
Dərə keçib, dağ aşırıq.
Elimizin dərd sərinə,
Qaynayırıq, qarışırıq.
Yurdu azad etmək üçün,
Gecə-gündüz çalışırıq.
Bu Vətənə, bu torpağa,
Necə gözəl yaraşırıq.
Vətən oğlu Məmməd Araz.
O dağlar oğludur, dağ vüqarlıdır,
Köksünə sığmayır eşqi, murazı.
Qardaş sevirsəndə şeiri, sənəti,
Ərit ürəyinə Məmməd Arazı.
Baxış sayı: 3 284
Bölməyə aid digər xəbərlər

Əvəz Mahmud Lələdağ
Baxış sayı: 3 284
Bölməyə aid digər xəbərlər
23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK