Bütün xəbərlər
Bir neçə nəfəri girov götürüb
Tarix: 03-06-2026 08:05 | Bölmə: Dünya


 Kaliforniyanın Beykersfild şəhərində naməlum bir kişi bankda özünü barrikadaya salaraq bir neçə nəfəri girov saxlayıb.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "ABC News"in məlumatına görə, hücum edən şəxs üzərində partlayıcı qurğu gəzdirə bilər.
Beykersfild polis serjantı Erik Seledon jurnalistlərə bildirib ki, naməlum bir kişi banka girib içəridə özünü barrikadaya salıb.Bankda saxlanılan insanların ümumi sayı hazırda məlum deyil.
Beykersfildin mərkəzindəki Chase bankında bomba təhlükəsi barədə məlumat verilib.Artıq bir girov azad edilib və şübhəli ilə danışıqlar davam edir.
Qeyd olunur ki, şübhəlinin bomba saxlaması təsdiqlənməyib.FTB agentləri hadisə yerində işləyirlər.
Oxşar vəziyyət aprel ayında İtaliyada da baş vermişdi.Silahlı quldurlar Neapoldakı bir bank filialında özlərini barrikadaya almış və içəridəki insanları girov götürmüşdülər.



Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər