Bütün xəbərlər
Çar oğlunun fotosu hərracda 600 minə satıldı
Tarix: 26-07-2019 09:27 | Bölmə: Digər



Rusiya çarı II Nikolayın oğlu Alekseyin fotosu hərracda satılıb.
Oxu.Az rus KİV-inə istinadən xəbər verir ki, Aleksey taxtın vəliəhdi sayılırdı və 1917-ci ildə çar ailəsi ilə birlikdə güllələnib.
Moskvada keçirilən hərracda Alekseyin imzası ilə olan fotosu 600 min rubla (16 min manata yaxın) satılıb.
Fotonu alan şəxsin adı naməlumdur. Foto 1914-cü ildə lentə alınıb.
Aleksey II Nikolay və Aleksandra Fyodorovnanın oğludur. Onu 1917-ci ilin 17 iyul tarixində ailəsi ilə birlikdə güllələyiblər. Bu zaman onun 13 yaşı var idi.


Baxış sayı: 502


Bölməyə aid digər xəbərlər