Bütün xəbərlər
Sumqayıtda “Nəqliyyat Könüllüləri” devizi altında aksiya davam edir
Tarix: 18-07-2019 12:44 | Bölmə: Digər

Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə ictimai nəqliyyat vasitələrində “Nəqliyyat  Könüllüləri” devizi altında maarifləndirici aksiyadavam edir.
Görüşdəçıxış edən Baş İdarənin rəisi Elgün Hümbətov bildirib ki, Respublikada ilk dəfə olaraq Sumqayıtda ictimai nəqliyyat vasitələrində sürücülər və sərnişinlər arasında düzgün ictimai davranış  qaydalarının təbliği məqsədilə“Nəqliyyat  Könüllüləri” qrupu yaradılıb.Qeyd olunub ki, məqsəd ictimai nəqliyyatda sürücü və sərnişin məsuliyyətini artırmaq, qaydalara riayət etmək və bununla da daha rahat və təhlükəsiz sərnişin daşımaya şərait yaratmaqla digər problemləri aradan qaldırmaqdır. Diqqətə çatdırılıb ki, şəhər ərazisində görülən abadlıq-quruculuq işləri çərçivəsində nəqliyyat sistemi daha da təkmilləşdirilib. Beləki Sumqayıtda sakinlərin gediş-gəlişini təmin etmək üçün müasir tipli 200-dən çox nəqliyyat vasitələri gətirilib və marşrut xəttlərində istifadəyə verilib.
Görüşdə həmçinin könüllülərə fəaliyyət istiqamətləri üzrə müəyyən tapşırıq və tövsiyələr verilmiş, isti yay günlərini nəzərə alaraq nəqliyyat vasitələrində soyutma sistemlərinin işlək vəziyyətdə olmasına nəzarətin vacibliyi vurğulanıb, suallar cavablandırılmışdır.
Sonra könüllülər Baş İdarə və Nəqliyyat Departamentiəməkdaşlarının müşayəti ilə müxtəlif marşrutlar üzrə avtobuslarda maarifləndirmə işini davam etdirmiş, sərnişinlərə və sürücülərə maarifləndirici bukletlər paylamışlar.



Baxış sayı: 496


Bölməyə aid digər xəbərlər