Bütün xəbərlər
Rafael Ağayev və Firdovsi Fərzəliyev II Avropa Oyunlarında yarımfinala yüksəlib
Tarix: 30-06-2019 16:02 | Bölmə: Digər

                    

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında karate yarışları davam edir.
Trend-in məlumatına görə, 60 kiloqram çəki dərəcəsində çıxış edən kişi karateçilər kumitedə qüvvələrini sınayırlar.
Azərbaycan yığmasının üzvü Firdovsi Fərzəliyev B qrupunda üç qarşılaşmaya çıxıb. O, İlya Bulatovu (Belarus) 8:0, Emil Pavlovu (Makedoniya) 3:3 hesabı ilə məğlub edib. Ancelo Kresçenzo (İtaliya) ilə 0:0 hesablı heç-heçə edən təmsilçimiz qrupda 1-ci yeri tutub.
F.Fərzəliyev bu göstərici ilə yarımfinala yüksəlib. Karateçimiz finala vəsiqə uğrunda rusiyalı Yevgeni Plakhutinlə qarşılaşacaq. Bu görüş Bakı vaxtı ilə saat 16:56-da başlayacaq.
75 kiloqram çəki dərəcəsində çıxış edən karateçimiz B qrupunda qüvvəsini sınayıb. Co Kellaveyi (Böyük Britaniya) 3:2, Erman Eltemuru (Türkiyə) 1:0 hesabı ilə məğlub edən idmançımız Qabor Harspatakinin (Macarıstan) müqavimətini qıra bilməyib – 0:0.
Qrup qalibi kimi yarımfinala vəsiqə qazanan R.Ağayev Avropa Oyunlarının mükafatını təmin edib. O, finala vəsiqə uğrunda döyüşünü Bakı vaxtı ilə saat 17:20-də keçirəcək. Karateçimizin rəqibi estoniyalı Pavel Artamonov olacaq.


Baxış sayı: 477


Bölməyə aid digər xəbərlər