Bütün xəbərlər
Nicat qızıl, İbrahim bürünc medal üçün güləşəcək
Tarix: 10-05-2019 16:58 | Bölmə: Digər



Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo üzrə “Böyük Dəbilqə” (Grand Slam) turnirinin ilk günündə Nicat Şıxəlizadə finala çıxıb.
Oxu.Az xəbər verir ki, o, yarımfinalda monqolustanlı rəqibini məğlub edib.
İdmançımızın finaldakı rəqibi moldovalı Denis Vyeru olacaq.
66 kq çəki dərəcəsində digər idmançımız İbrahim Əliyev də təsəlliverici görüşdə Ukrayna təmsilçisini məğlub edərək bürünc medal yarışına çıxmaq şansı əldə edib. Onun rəqibi Nicat Şıxəlizadənin məğlub etdiyi monqolustanlı Basxuu Yondonperenley olacaq.
Qeyd edək ki, həlledici qarşılaşmalar bu gün saat 17:00-dan etibarən başlayacaq. Saat 16:00-da isə açılış mərasimi təşkil olunacaq.
14:55
Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunan “Böyük Dəbilqə” (Grand Slam) turnirinin ilk günündə yalnız bir idmançımız 1/2 finala vəsiqə qazanıb.
Oxu.Az xəbər verir ki, 66 kq-da mübarizə aparan iki idmançımızdan biri – İbrahim Əliyev 1/4 finalda uduzub.
O, təsəlliverici yarışda İsmayıl İbrahimovu məğlub etmiş Ukrayna təmsilçisi Qeorqi Zantaraya ilə qarşılaşacaq.
Eyni çəkidə çıxış edən medal ümidimiz Nicat Şıxəlizadə isə yarımfinala vəsiqə qazanıb. O, monqolustanlı Basxuu Yondonperenleylə görüşəcək.
13:59
Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunan “Böyük Dəbilqə” (Grand Slam) turnirinin ilk günündə yalnız iki idmançımız 1/4 finala vəsiqə qazanıb.
Oxu.Az xəbər verir ki, 48 kq-da Aişə Qurbanlı, 57 kq-da monqolustanlı legionerimiz İçinxorlu Munxtsedev və həmin çəkidə rumıniyalı Aleksandra-Larisa Florian 1/8 finalda məğlub olub.
Həmçinin, 60 kq-da Əhməd Yusifov da 1/8 finalda qələbə qazana bilməyib.
Lakin 66 kq-da iki idmançımız birdən 1/4 finala vəsiqə qazanıb. Bunlar İbrahim Əliyev və medal ümidimiz Nicat Şıxəlizadədir. Hər iki idmançımız 1/8 finalda qələbə qazanıb.
İbrahim Əliyev və Nicat Şıxəlizadə 1/4 finalda müvafiq olaraq özbəkistanlı Muxriddin Tilovov və ukraynalı Boqdan Yadovla qarşılaşacaq.
12:18
Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunan “Böyük Dəbilqə” (Grand Slam) turnirində idmançılarımız artıq ilk görüşlərini keçirib.
Oxu.Az qadın və kişi millilərimizin nəticələrini təqdim edir.
Qadınlar
-48 kq. Ramilə Əliyeva ilk görüşdə uduzdu.
-48 kq. Aişə Qurbanlı ilk görüşdə qalib gəlib. O, 1/8 finalda fransalı Melani Klemanla qarşılaşacaq.
-48 kq. Şəfəq Həmidova ilk görüşdə uduzdu.
-48 kq. Leyla Əliyeva ilk görüşdə uduzdu.
-52 kq. Gülşən Nəzərova ilk görüşdə uduzdu.
-52 kq. Şəfəq Məmmədova ilk görüşdə uduzdu.
-52 kq. Gültac Məmmədəliyeva ilk görüşdə uduzdu.
-57 kq. İçinxorlu Munxtsedev ilk görüşdə qalib gəlib. O, 1/8 finalda yaponiyalı Tsukasa Yoshida ilə qarşılaşacaq.
-57 kq. Səkinə Zayirova ilk görüşdə uduzdu.
-57 kq. Aleksandra-Larisa Florian ilk görüşdə qalib gəldi. O, 1/8 finalda fransalı Elen Resevö ilə qarşılaşacaq.
Kişilər
-60 kq. Oruc Vəlizadə ilk görüşdə uduzdu.
-60 kq. Tofiq Məmmədov ilk görüşdə uduzdu.
-60 kq. Əhməd Yusifov qalib gəlib. O, 1/8 finalda ispaniyalı Fransisko Qariqosla qarşılaşacaq.
-60 kq. Orxan Səfərov ilk görüşdə uduzdu.
-66 kq. İbrahim Əliyev ilk görüşdə qalib gəldi. O, 1/8 finalda türkiyəli Sinan Sandalla mübarizə aparacaq.
-66 kq. İsmayıl İbrahimov ilk görüşdə uduzdu.
-66 kq. Nicat Şıxəlizadə ilk və ikinci görüşlərini qələbə ilə başa vurub. O, 1/8 finalda rusiyalı Yaqub Şamilovla qarşılaşacaq.
-66 kq. İlkin Babazadə ilk görüşdə uduzdu.


Baxış sayı: 605


Bölməyə aid digər xəbərlər