Bütün xəbərlər
Prezidenti təhqir edən türk müğənniyə həbs cəzası verildi
Tarix: 18-09-2019 02:34 | Bölmə: Digər

                      Prezidenti təhqir edən türk  müğənniyə həbs cəzası verildi


Türkəsilli alman müğənni Səidə İnaç “Prezidenti təhqir etmə” cinayətindən 1 il 5 ay 15 gün həbs cəzası alıb.
“Qafqazinfo” “Hürriyet”ə isitnadən xəbər verir ki, müğənni Ədirnə 6-cı Asliyə Cəza Məhkəməsinə müvəqqəti saxlanıldığı təcridxanadan video-görüntü ilə qoşulub. İnaç ittihamları qəbul etməyərək “Facebook”da onun adından saxta profil açıldığını və təhqirləri özünün yazmadığını bildirib. Onun sözlərinə görə, ümumiyyətlə sosial şəbəkələrdən istifadə etməyi bacarmır və kimisə təhqir etmək onun təbiətinə ziddir.
Məhkəmə hökmün icrasını təxirə salıb.



Baxış sayı: 443


Bölməyə aid digər xəbərlər