14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Hərbçi oğlu Vilayət Eyvazova şeir dedi- Video
Tarix: 04-09-2019 01:09 | Bölmə: Sosial


                     Azyaşlı uşaq Vilayət Eyvazova şeir dedi

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Qəbələ rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsinin zabit və gizirləri üçün əsaslı təmir edilmiş yaşayış binasının istifadəyə verilməsinə həsr olunmuş mərasim keçirilib. Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov hərbi qulluqçulara verilən mənzillərə baxıb, onlarla həmsöhbət olub.
Qaynarinfo xəbər verir ki, mərasimdə maraqlı anlar yaşanıb. General-polkovnik Vilayət Eyvazovun qonaq olduğu mənzillərdən birində Daxili Qoşunların əməkdaşının azyaşlı oğlu nazirə "Üç rənqli bayraq” şeirini söyləyib:

"Bu üçrəngli bayrağım 
Gözümün işığıdır. 
Azadlıq yağışından 
Doğan göy qurşağıdır. 
Üstündəki ay-ulduz 
Gəlir mənim xoşuma.
 Ay üzüyə bənzəyir, 
Ulduz onun qaşına. 
Üçrəngli bayraq bizə 
Təsəllidir, dayaqdır, 
Yolumuzun üstünə 
İşıq saçan mayakdır.”


     Azyaşlının şeir söyləməsi Daxili İşlər nazirinin marağına səbəb olub. O, "Ay maşallah” deyərək ona təşəkkür edib.

                                 
                                 



Baxış sayı: 679


Bölməyə aid digər xəbərlər