14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Azərbaycanda subsidiya almaq üçün təqdim etdiyi məlumatların 50%-dən çox səhv olan fermerlərə 2 il pul verilməyəcək
Tarix: 06-08-2019 14:51 | Bölmə: Sosial

                                    

"Azərbaycanda dövlətdən subsidiya almaq üçün lazımi məlumatları səhv təqdim edən fermerlərə qarşı tədbirlər görülür". 
Bunu "Report"a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev deyib.
"Məlumatların səhv edilməsi nisbəti 5%-ə qədər, 5-20%, 20-50% və 50%-dən çox olmaqla qiymətləndirilir. Əgər həmin nisbət 5%-ə qədərdirsə bağışlanır. Nəzərə alınır ki, təbiətdir və onun öz qanunauyğunluqları var. Amma təqdim edilmiş məlumatların yanlışlığı 50%-dən yüksəkdirsə o zaman həmin torpağa görə cari və növbəti il üçün heç bir subsidiya verilməyəcək. Bu qayda vətəndaşları bu kimi hallardan qaçırmağa hesablanıb”, - o əlavə edib.
AKİA sədri bəzi fermerlərin subsidiya almaq naminə kənd təsərrüfatı ilə məşğul olması ilə bağlı yayılan məlumatlara da münasibət bildirib: "Əgər fermer 1 hektar taxıl əkərsə subsidiya yalnız onun gübrəsinə və nisbətən də mühərrik yağına bəs edir. Əgər fermer mühərrik yağına görə 50 manatlıq subsidiya alırdısa ondan bir neçə dəfə çox toxuma və şumlamaya pul verirdi. Subsidiyalar hər zaman elə balanslaşdırılır ki, fermerin xərcinin 40-50%-ni ödəsin. Əsasən də bu subsidiyaların böyük hissəsi nağdsız qaydada olur. Yəni təyinatlı xərclər olur”. 



Baxış sayı: 596


Bölməyə aid digər xəbərlər