19:44 / 08-10-2026
Aqressiv ayını güllələyərək öldürüb
19:41 / 08-10-2026
Ayının yeniyetməyə hücum etməsindən sonra iş açılıb
19:37 / 08-10-2026
Moldova parlamenti Rusiya mayonezinin qadağan edilməsini müzakirə etdi
19:33 / 08-10-2026
20-ci mərtəbədəki mənzilindən dörd pişiyi atdı
19:30 / 08-10-2026
İspaniya hərbi təyyarəsi müşahidə edilib
19:24 / 08-10-2026
Litva Baş naziri Rusiya taxıl tranzitini qadağan etmək istəyir
19:20 / 08-10-2026
Bir kişi polis əməkdaşlarına iki qoyunla rüşvət verməyə cəhd etdiyinə görə mühakimə olunur
19:17 / 08-10-2026
Çinin "Tianvan" Atom Elektrik Stansiyasında 7-ci blok reaktoru işə salınıb
19:12 / 08-10-2026
Husilər Ər-Riyad hava limanına raket hücumu elan etdilər
19:09 / 08-10-2026
Bir ana və onun azyaşlı oğlu təqaüdçüləri öldürməkdə ittiham olunurlar
19:05 / 08-10-2026
Rubio Ukraynadakı münaqişənin genişlənmə riski barədə xəbərdarlıq etdi
19:01 / 08-10-2026
Slovakiyanın Baş naziri Avropa Parlamentindən Qızıl Tramp heykəlinin çıxarılmasını gözləyir
18:57 / 08-10-2026
Botanika bağında ayı izləri aşkar edilib, ərazi bağlanıb
18:53 / 08-10-2026
Polşada bir qadını bıçaqlayan yeniyetmənin başında videokamera olan dəbilqə var idi
18:48 / 08-10-2026
Xarici avtomobildə olan yeniyetmə polisdən yayınmağa çalışıb
18:45 / 08-10-2026
Kaşpirovskinin qohumları onu Ukraynada dəfn etmək istəyirlər
18:42 / 08-10-2026
Belarus Xarici İşlər Nazirliyi Bryansk yaxınlığındakı hücumu Minskin münaqişəyə cəlb edilməsi cəhdi adlandırıb
18:35 / 08-10-2026
Fransa xarici işlər naziri Jan-Noel Barro Rusiyanı mikrofonunu kəsməkdə günahlandırdı
18:31 / 08-10-2026
Fiqurlu konkisürən Trusova Almatıda qüsursuz qısa proqramda konkisürmə etdi
18:23 / 08-10-2026
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
21:07 / 07-10-2026
Zaporojyedə kabelli körpüyə hava bombası zərbələrinin videosu yayılıb
21:04 / 07-10-2026
Ekspert Trampın Yəməndəki münaqişəyə müdaxilə etməyəcəyini bildirib
20:58 / 07-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqının hərbi-siyasi bloka çevrildiyini elan etdi
20:55 / 07-10-2026
Rusiyanın Antalyadakı Baş Konsulluğu rus paraplançısının ölümünü təsdiqlədi
20:52 / 07-10-2026
Fransada etiraz aksiyalarında saxlanılanların sayı 6600-ü keçib
20:49 / 07-10-2026
Hollandiya Ukraynaya hərbi yardım göstərməyin səmərəsiz olduğunu etiraf edib
20:32 / 07-10-2026
Qızıl internat məktəbinin yaxınlığında ayı göründü
20:24 / 07-10-2026
Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb
20:20 / 07-10-2026
Rusiyalı paraşütçü turist Türkiyədə vəfat etdi
20:17 / 07-10-2026
Qonşusunu öldürməkdə ittiham olunaraq həbs edilib
20:13 / 07-10-2026
29 il əvvəl törədilmiş qətlə görə yeni cəza alıb
20:09 / 07-10-2026
Türkiyə iki il ərzində Starlink peyk ekvivalentlərini kosmosa göndərmək niyyətindədir
20:05 / 07-10-2026
Pilot təyyarə qəzasına görə mühakimə olunacaq
20:01 / 07-10-2026
Amerikalı analitik Merzin ritorikasına görə Almaniya üçün risklər barədə xəbərdarlıq etdi
19:56 / 07-10-2026
Rusiya millisi FIFA reytinqində Ukrayna komandasını geridə qoydu
19:52 / 07-10-2026
Finlandiya təqaüd yaşını tədricən 70-ə qaldırmağı təklif edir
19:48 / 07-10-2026
Baltik dənizi üzərində Almaniya Hərbi Hava Qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarəsi müşahidə edilib
19:44 / 07-10-2026
Naməlum şəxslər Odessa yaxınlığındakı Borivaj dəniz terminalını ikinci dəfə ələ keçiriblər
Təhsil haqqını ödəyə bilməyən 7 min tələbə ali məktəbdən imtina edib
Tarix: 06-08-2019 14:25 | Bölmə: Sosial

Maddi çətinliyi ucbatından təhsil ala bilməyən tələbələrin təhsildən imtina etməsi halları ilə demək olar, hər tədris ilində qarşılaşırıq. Bu dəfə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı Mahirə Nağıqızı məsələni yenidən gündəmə gətirib. Dekan özünün sosial şəbəkə hesabında 2 tələbəsinin təhsil haqqını ödəyə bilmədiyi üçün qəbul olunduğu magistr dərəcəsindən imtina etdiyini paylaşıb:
“İki tələbəm magistraturanı qazanıb, zəhmət çəkib, nailiyyət əldə edib, amma təhsil haqqını ödəyə bilmədiyi üçün... İçim yanır!”.
Dekanın bu paylaşımından sonra “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də problemin ciddiliyini vurğulayıb. R. Məcid bunları qeyd edib:
“Təhsil haqqına görə qazandıqları bakalavr və magistr yerlərindən imtina edənlərin problemi ciddidir. Mənə də bir tələbə müraciət edib, kasıb anasının imkanı olmadığına görə magistrlikdən imtina etmək istəyir”.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı Mahirə Nağıqızının həyəcan təbilini xatırladan baş redaktor fikirlərinə bunları da əlavə edib:
“Əgər dekan da nalə çəkirsə, problemin ciddiliyinə diqqət verilməlidir. Dövlət təhsillə bağlı çox addımlar atıb. Universitetlər də belə tələbələrdən ilk təhsil haqqını birdəfəyə yox, hissə-hissə tələb edə bilər.
Bəlkə bu dəfə zəngin adamlarımız təşəbbüs göstərməli, önə çıxmalıdırlar?! Bu qədər zəngin insanlar, imkanlı şəxslər, varlı şirkətlər olan cəmiyyətdə təhsil haqqına görə tələbə adından niyə imtina edənlər olmalıdır ki?! Bu qədərmi özgə dərdinə laqeyd , etinasız olmuşuq?!”.
Qarşıdan Qurban bayramının yaxınlaşdığını qeyd edən baş redaktor imkanlı, inanclı şəxslərə müraciət edib:
“Peyğəmbərimiz də elmi ibadətdən üstün tutub. O “qoyunları sıraya düzüb cənnətə yol axtarınca” bu tələbələri sevindirib savab qazanın! Ən yaxşı cənnət təhsil almaq istəyən gənclərin dualarındadır! Buyurun zənginlərimiz! Qurbanlarınız mübarək!”.
Deputat Fazil Mustafa da sözügedən mövzu ilə əlaqədar çağırışlara qoşulub. O, təhsil kreditlərinin verilməsi məsələsini xüsusi vurğulayıb:
“Rəşad Məcid təhsil kreditinin verilməsi məsələsini aktuallaşdırdı, tam dəstəkləyirəm. Baxmayaraq ki, Milli Məclisdə dəfələrlə deputat həmkarlarımız mövzunu diqqətə gətirib, ancaq reallaşması mümkün olmayıb. Bəlkə bu sayaq ictimai hərəkətlənmə sayəsində hökumətimiz mövzunu bir daha gündəmə çıxara və imkan verməyə ki, maddi çətinlik ucbatından kimsə təhsildən kənarda qalsın”.
Mövzunun aktuallığını nəzərə alaraq, təhsil haqqını ödəyə bilməyən aztəminatlı tələbələrə kredit verilməsini təmin edən “Maarifçi Tələbə Kredit” Fondu ilə əlaqə saxladıq. Fonddan verilən məlumata görə, kredit imkanlarından istifadə edəcək tələbə auditoriyasının daha da genişləndirilməsi üçün yeni qaydalar hazırlanır. Hətta yeni konsepsiyanın bu tədris ilində açıqlanacağı bildirilib. O da diqqətə çatdırılıb ki, fond bu vaxtadək 15 universitetlə əməkdaşlıq etmiş və həmin universitetlər tərəfindən müraciət edən tələbələrlə ümumilikdə 247 təhsil krediti müqaviləsi imzalanıb.
Tələbələrin təhsil haqqı çətinliyi barədə Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov hazırda Azərbaycanın 54 ali təhsil müəssisəsində 160 minə yaxın tələbənin təhsil aldığını xatırladıb. O vurğulayıb ki, tələbələrin 70 faizi öz vəsaiti hesabına, yəni, ödənişli əsaslarla, 30 faizi isə dövlət büdcəsi vəsaiti hesabına təhsil alır:
“Bu isə o deməkdir ki, hazırda Azərbaycan ali təhsil müəssisələrində 120 minə yaxın şəxs ödənişli əsaslarla təhsil alır. Hesab edirəm ki, Maliyyə Nazirliyi tələbələrin təhsil haqqını ödəyə bilmələri üçün konkret iş yerlərinin açılması təklifləri verməlidir. Belə ki, Konstitusiyaya görə, dövlət maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə zəmanət verir. Hər bir vətəndaşın təhsil almaq hüququ var. Bunu dövlət təmin edir.
Dünya təcrübəsinə baxaq. ABŞ-da tələbələr verilən kreditləri heç ödəmirlər. Amma ABŞ hökuməti günahı özündə görür ki, mən o kredit verdiyim tələbəni işlə təmin edə bilməmişəm. Bizdə deyəsən, 165 min tələbədən 200 nəfərinə kredit verilməsini böyük rəqəm kimi görürlər. Hazırda təxmini 200 tələbəyə “Maarifçi Tələbə Kredit” Fondu güzəştli şərtlərlə kredit verib ki, buna etiraz etmək deyil, haqqında danışmaq belə gülüncdür. Məsələn, statistikaya baxsaq, görərik ki, son 5 il ərzində 7 mindən çox tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsil almaqdan məhrum olub. Yəni, I-II kursda oxuyub, növbəti illərin təhsil haqqını ödəyə bilmədiyi üçün universitetdən imtina etməli olub. Qardaş Türkiyədə də kredit sistemi mövcuddur və tələbələrə çox ciddi güzəştlər edilir. Yaxşı olar ki, hər hansı bir kreditlə tələbəni yükləməkdənsə, Azərbaycanda ali təhsil müəssisələrinin təhsil haqları aşağı salınsın. Çünki bu gün ali təhsil müəssisələrinin təhsil haqları reallığı əks etdirmir”.
Ekspert ali təhsil müəssisələrini bitirənlərin işlə təmin olunması məsələsinə də toxunub. O vurğulayıb ki, hazırda ali məktəb məzunlarının cəmi 42 faizi işlə təmin olunur:
“Bunun üzərində işləmək lazımdır. Bəzi hallarda krediti alanlar geri qaytarmayacaqlar. Tələbələrə krediti dövlət vermir, universitetlər verir. “Maarifçi Tələbə Kredit” Fondu özü pul vermir, bunu verən o fonda üzv olan universitetlərdir. Yəni, Azərbaycanda hazırda tələbələrə güzəştli kreditlərin veriləsi mövcud deyil. Olan cüzi kredit isə “Maarifçi Tələbə Kredit”inindir. Bu fond da özəldir, büdcəsi yoxdur.
Dövlət tərəfindən müəyyən kateqoriyaya aid olan şəxslərin təhsil haqları büdcənin vəsaiti hesabına ödənilir. Yəni Milli Qəhrəman övladları, I, II qrup əlil olan gənclər, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları olan gənclər, I qrup əlil valideyni olanlar və hər iki valideyni əlil olan (I,II qrup) gənclərin təhsil haqları dövlət tərəfindən ödənilir ki, bu da kredit deyil”.
Özəl bankların da istehlak krediti formatında tələbələrə kredit verdiyini söyləyən K. Əsədov onların sadəcə reklam və müştəri cəlb etmə niyyətli olduğunu bildirib:
“Təssüflər olsun ki, Azərbaycanda fəaliyyət göstərən 54 ali təhsil müəssisələrində təhsil alan 160 mindən çox tələbəyə hansısa güzəştlər tətbiq edilmir. Halbuki, dünya təcrübəsində tələbəyə nəqliyyat vasitələrindən istifadə etməkdən başlamış, geyim, restoranlar, kitab dükanlarında güzəştlər tətbiq edilir. Qardaş Türkiyədə tələbələrə verilən “yaşıl kart” vasitəsilə onlar böyük əhəmiyyət kəsb edəcək dərəcədə güzəştlərə sahibidir. Təəssüf ki, ölkəmizdə müstəqillik dövründən bu yana yalnız ölkə başçısının sərəncamı ilə xüsusi kateqoriyada olan şəxslərə təhsil haqları ilə bağlı güzəşt olunur. Başqa tələbələrə yönəlmiş tədbirlər həyata keçirilmir.
Bir neçə il əvvəl “Tələbə kartı” adı altında bəzi geyim və restoranlarda endirim nəzərdə tutan kartlar paylandı. Lakin bu tələbə kartlarının heç bir xeyri olmadı. Həmin mağazalar kifayət qədər bahalı idi və hətta mağazaların xəbəri yox idi ki, güzəşt edilməlidir. Həmçinin, bu cür addımlar atanda regionlarda təhsil alan tələbələri heç nəzərə almırlar. Tələbə güzəşti dedikdə orta məktəbi bitirmiş, ondan sonrakı pillədə təhsil alan bütün şəxslərə şamil olunmalıdır. Layihələrin təkcə Bakıda universitet tələbələrinə şamil edilməsi belə çatışmazlıqdır. Sözsüz ki, belə tədbirlər olsa, çox müsbət addım sayılar. Tələbələr maddi baxımdan elə də təminatlı deyillər. Hesab edirəm, tələbələrlə bağlı bütünlüklə, Naxçıvan, Qazax, Lənkəran və paytaxta qədər bütün ali təhsil müəssisələrini əhatə edəcək layihə işlənməlidir”.
Baxış sayı: 859
Bölməyə aid digər xəbərlər

Bu gün, 18:23
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
6-10-2026, 19:13
Bank meneceri əmanətçilərdən 24 milyon rubldan çox pul oğurlayıb
5-10-2026, 18:26
180-dən çox qəhvəyi ayı məhv edilib
5-10-2026, 15:22
Rjev Sovet Əsgərinin abidəsini təhqir edən keçmiş tələbə saxlanılıb
4-10-2026, 21:34
Təhsil işçiləri təltif edildi - Siyahı
4-10-2026, 21:15
Adını cüdo tariximizə yazdırdı... - Video
1-10-2026, 16:55
Uşaq bağçaları üçün vahid oyun və oyuncaq siyahısı yaradılacaq
30-09-2026, 20:18
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
30-09-2026, 19:29
16 yaşdan kiçik uşaqların elektrik skuterləri sürməsini qadağan etməyi təklif edib
29-09-2026, 14:36
Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
29-09-2026, 01:39
37 yaşlı yeni başçının - Dosyesi
27-09-2026, 20:53
Yandırıcı sursat istehsalı haqqında danışdı
27-09-2026, 20:37
Lukaşenko Minskdə üçəm dünyaya gətirən qadına mənzil hədiyyə etdi
26-09-2026, 22:48
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
24-09-2026, 18:30
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
24-09-2026, 13:29
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
23-09-2026, 21:01
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
23-09-2026, 19:25
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
22-09-2026, 18:44
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22-09-2026, 17:07
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
21-09-2026, 19:51
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21-09-2026, 19:08
17-ci uşağını dünyaya gətirib
21-09-2026, 18:07
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
20-09-2026, 18:07
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
20-09-2026, 16:31
Sadiq Qurbanov neftçiləri təbrik edib
18-09-2026, 00:13
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
17-09-2026, 17:11
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17-09-2026, 17:06
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
16-09-2026, 19:47
Qastronomik rekord: Mahaçqalada 305 yeməkdən ibarət 100 metrlik süfrə
16-09-2026, 19:39
Ana və oğul gəzərkən sahilə çıxmış köpəkbalığı ilə qarşılaşıblar
15-09-2026, 18:39
Magistral yolda qızların fotosessiyasını ayı pozdu
15-09-2026, 18:33
İki xəstəyə dəri xərçəngi peyvəndi vurulub
15-09-2026, 17:58
At oğruları dəstəsi məhkum edilib
15-09-2026, 17:06
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
15-09-2026, 12:35
Azərbaycan-Türkiyə V Enerji Forumu - Strateji tərəfdaşlıq yeni mərhələdə
13-09-2026, 11:28
Bir gündə on ayı öldürülüb
10-09-2026, 19:13
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
10-09-2026, 18:43
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
10-09-2026, 10:44
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
9-09-2026, 15:41
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar