Bütün xəbərlər
Avropa Gənclər Yay Olimpiya Festivalının ilk qızıl medalını Azərbaycan güləşçisi Fərid Sadıqlı qazanıb
Tarix: 21-07-2019 18:05 | Bölmə: Sosial

İyulun 21-də Heydər Əliyev adına İdman Sarayında keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında ilk qızıl medalını Azərbaycanın yunan-Roma güləşçisi Fərid Sadıqlı qazanıb.
Trend-in məlumatına görə, 45 kiloqram çəki dərəcəsində yarışın finalında türkiyəli Umut Çobana böyük hesabla qalib gələn gənc pəhləvanımız XV Avropa Gənclər Yay Olimpiya Festivalının çempionu olub.
Xatırladaq ki, güləşçimiz səkkizdəbir finalda İtaliya idmançısı Andrea Martinonu, dörddəbir finalda gürcü Davit Qvasalianı, yarımfinalda rusiyalı Maksim Qurovu məğlub edib.


Baxış sayı: 544


Bölməyə aid digər xəbərlər